Rusiya-Türkiyə müharibəsi mümkündürmü?

Rusiya-Türkiyə müharibəsi mümkündürmü?
19:54 3 Dekabr 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

 

Mövzu: Rusiya-Türkiyə müharibəsi nə qədər realdır?

 

 

Vüqar Məsimoğlu - aparıcı

 

Nazim Cəfərsoy - “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, professor

 

Şahin Cəfərli - politoloq

 

Türkiyə səmasında Rusiyanın SU-24 təyyarəsi vurulduqdan sonra iki ölkə arasında diplomatik gərginlik ən yüksək həddə çatıb. Rusiyada bütün səviyyələrdə antiTürkiyə kampaniyası tam sürətlə davam edir, Ankarada isə rəsmi dairələr Moskvanın ittihamlarını arqumentlərlə cavablandırmağa çalışırlar. İnsident dünya birliyini də iki cəbhəyə bölüb, Qərb kiçik istisnalar olmaqla Türkiyəni aşkar şəkildə müdafiə edir, Kremlin müttəfiqləri isə Rusiyanın yanında olduqlarını bir daha isbatlamaq fürsəti qazanıblar. Türkiyəyə iqtisadi sanksiyaların tətbiqi ilə davam edən qarşıdurma özü ilə birlikdə bir neçə önəmli sual doğurub. İki ölkə arasında müharibə balaya bilərmi, Türkiyə boğazları Rusiya gəmiləri üçün bağlayacaqmı, iqtisadi sanksiyalar kimə daha çox zərər vuracaq - sanksiyaları tətbiq edən Rusiyaya, yoxsa sanksiyalara məruz qalan Türkiyəyə? Qarşıdurma sanksiyalarla yekunlaşacaqmı, Rusiya Türkiyəyə qarşı daha hansı addımlar ata bilər?

 

 

"Türkiyə və Rusiya arasında gərginlik ani davranışın nəticəsi deyil"
 

 

"Putinin addımları irrasional deyil"
 

 

"Rusiyanın Türkiyəyə satdığı qazı nəzərə almasaq, hər iki tərəfə dəyən iqtisadi zərər eynidir"
 

 

"Rusiyanın tətbiq etdiyi sanksiyalar ikibaşlı dəyənək kimidir, lakin Türkiyənin iqtisadi itkini qarşılamaq imkanı var"
 

 

"Rusiya hazırda Türkiyəyə verdiyi təbii qazı kəsə bilməz"


 

"Bu prosesin üstünlüyü ondan ibarətdir ki, Türkiyə Rusiya kimi dövlətdən enerji asılılığının mənfi tərəfini anladı və hazırda alternativlər axtarır"
 

 

"Türkiyənin qısa müddət ərzində enerji ehtiyacını ödəyə biləcəyi mümkün deyil, gərginlik uzun çəkməyəcək"
 

 

"Türkiyə qaz ehtiyacını ödəmək üçün İranla da əməkdaşlıq edə bilər, İran da etibarlı dövlət deyil, lakin hazırda İran iqtisadi baxımdan Türkiyə bazarında özünə yer qazanmaq istəyir"
 

 

"Rusiya və Türkiyə rasionallıq həddini çox aşmayacaq"


 

"Türkiyəyə məxsus boğazların Rusiyanın üzünə bağlanması Suriyadakı bazaların da imkanlarını məhdudlaşdıracaq"
 

 

"Boğazların bağlanması dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər ki, bu da Rusiyanın xeyrinədir"
 

 

"Çavuşoğlu ilə Lavrovun görüşünün nəticəsindən çox, görüş faktının özü problemin danışıq yolu ilə həllinə yönəlmiş addımdır"
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR