Mingəçevirdə tələbə və şagirdlər multikultural dəyərlərlə bağlı maarifləndirilib

20:13 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 3 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhər Texniki Humanitar Liseydə “Azərbaycanda multikultural dəyərlər və onların təbliği” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki ali və orta ixtisas məktəbləri tələbələrinin, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirak etdiyi tədbirdə Bakı İslam Universitetinin və şəhər icra hakimiyyətinin nümayəndələri çıxış ediblər. Bildirilib ki, multikulturalizm müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahədir.
Çıxışlarda zamanı bu məsələnin Azərbaycanın dövlət siyasətində multikulturalizm və dini tolerantlığın prioritet istiqamət olduğunu vurğulanıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikultural ənənələrin bərpası təmin edilib. Dahi şəxsiyyət Heydər Əliyev multikulturalizmin ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edir, etnik azlıqların hüquq və azadlıqlarının, etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Prezident İlham Əliyev hazırda bu siyasəti uğurla davam və inkişaf etdirir. Dövlətimizin başçısının 2014-cu il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_telebe_ve_sagirdler_multikultural_deyerlerle_bagli_maariflendirilib-908060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR