Gənc qızı zorlayıb yandıranlara hökm oxundu

Gənc qızı zorlayıb yandıranlara hökm oxundu
20:22 3 Dekabr 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mersin şəhərində təcavüz edilərək yandırılıb daha sonra dərəyə atılan Özgəcan Aslanın qatillərinə hökm oxunub.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə onu qətlə yetirmiş Sübhi Altıntökən, Fatih GökcəNəcməddin Altıntökən məhkəmənin qərarı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə cəzalandırılıblar.

Qeyd edək ki, bu ilin fevral ayının 11-də 20 yaşlı Özgəcan Aslan Çamalan kəndi yaxınlığında təcavüzə məruz qalıb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR