Balakəndə məktəblilərin şahmat yarışı başa çatıb

Balakəndə məktəblilərin şahmat yarışı başa çatıb
20:23 3 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Balakən, 3 dekabr, AZƏRTAC
Balakəndə məktəblilər arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 16 yeniyetmə şahmatçının iştirakı ilə keçirilən yarışı rayon şahmat məktəbinin hakimləri idarə edib.
Yekun nəticələrə görə, humanitar və texniki təmayüllü liseyin şagirdi Kamil Ocaqverdiyev yarışı birinci pillədə başa vurub. Sonrakı yerləri Tülü kənd məktəbinin şagirdi Ramazan Ramazanov, Balakən şəhərindəki tam orta məktəblərin təmsilçiləri Nübar Eminova və Nəfisət İsmayılova tutublar.
Qaliblər diplom və medallarla mükafatlandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Balakende_mekteblilerin_sahmat_yarisi_basa_chatib-908065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR