Şou-biznesdə növbəti barışıq oldu

Şou-biznesdə növbəti barışıq oldu
20:31 3 Dekabr 2015
164 Şou
Ölkə mətbuatı
A- A+

Şou-biznesin küsülü nümayəndələri barışıblar.

Axşam.az-ın məlumatına görə, müğənni Natavan Həbibi həmkarı Sevda Yahyayeva ilə barışaraq xəstəxanada müalicə alan xalq artisti İlhamə Quliyevanın ziyarətinə yollanıb. Hər üç tanınmışın barışmasına isə prodüser Tolik vasitəçi olub. Tolik xəstəxanadan çəkilmiş fotonu paylaşaraq yazıb:

“Natavan Həbibi Sevda Yahyayeva ilə, İlhamə xanım da Natavanla barışdı. Çalışacağam hamı barışsın. Bu da Allahın köməyi ilə olacaq”.

Qeyd edək ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov açıqlamasında xalq artistinin dekabrın 4-də evə buraxılacağını bildirib.
 
Xatırladaq ki, İ.Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Xəstəxanaya yerləşdirilən xalq artisti səhhəti barədə Lent.az-a bu sözləri demişdi:

“Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verliib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR