Biləsuvarda 80-dək sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib

Biləsuvarda 80-dək sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib
20:33 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 3 dekabr, AZƏRTAC
Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 80-dək sahibkarlıq subyektinə 2 milyon manatdan çox güzəştli kredit verib.
AZƏRTAC xəbər verir ki, əsasən heyvandarlığın və əkinçiliyin inkişafına yönəldiləcək kreditlər hesabına 200–dən çox yeni iş yeri açılacaq. Tədbir çərçivəsində Biləsuvar rayonu üçün prioritet hesab olunan sahələrlə bağlı müzakirələr aparılıb.
Rayonun iqtisadi potensialı nəzərə alınaraq, iştirakçılara intensiv bağçılıq və tərəvəzçilik, eləcə də heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi üzrə 7 nümunəvi layihə təqdim olunub. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda 11700–dən çox investisiya layihəsi maliyyələşdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilesuvarda_80_dek_sahibkara_2_milyon_manatdan_chox_guzestli_kredit_verilib-908070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR