“Kişiliyin bitməsi”, 50 yaşın qorxusu, qarşısı alınmayan proses KİŞİLƏR, OXUYUN

“Kişiliyin bitməsi”, 50 yaşın qorxusu, qarşısı alınmayan proses KİŞİLƏR, OXUYUN
21:17 3 Dekabr 2015
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnsan yaşa dolduqca bədən gücdən düşür, enerji tükənir. Cinsindən asılı olmayaraq müəyyən yaşdan sonra hamilə qalma ehtimalı azalır, spermanın tərkibi zəifləyir.  Qadınlarda bu dövrü menopauza (klimaks), kişilərdə isə andropoz adlandırırlar.
Kişilərdə bu dövr özünü müxtəlif əlamətlərlə büruzə verir. Bəzi kişilər özünü gənc oğlan kimi aparır, bəziləri isə tənbəlləşib, yaşlandığını qəbul etməyə başlayır.  Andropoza girən kişilər çox zaman özünə hələ cavan olduğunu sübut etmək üçün  müxtəlif qadınlarla münasibətə girməyə başlayır. Hər qadında özünü sınadıqca, özünə inamı artır və ətrafa "mən hələ cavanam", - deyə meydan oxuyur. 
Andropoz latın dilində "andro" və "pause" sözünün birləşməsindən yaranıb. Hərfi mənası kişiliyin bitməsi demək olsa da, prosesin özü kişiliyin azalması prosesidir. Yəni bu dövrdə kişilik bitmir, azalır. Cinsi həvəsin azalması, əmək qabiliyyətinin zəifləməsi  və mənəvi doyumsuzluq yaranır. Zamanla andropoza girən kişidə seksual funksiyanın azalması, səhər ereksiyalarının olmaması, yorğunluq, hirs, depressiya, orqan yağlanması, ürək-damar, tənəffüs sistemi xəstəlikləri, şəkər, müvəffəqiyyətsizlik, cinsi əlaqə zamanı ölmə qorxusu, monotonluq, arzuların azalması meydana gəlir. 
ABŞ sosioloqlarının apardıqları araşdırmalar zamanı müəyyən edilib ki, andropoz  dövründə olan kişilər özlərini həddən artıq riskli aparırlar. Avtomobili sürətlə idarəetmə, aldatmalar, yüksək dozada viaqra istifadəsi, birdən-birə yaranan idman istəyi kimi hərəkətlərlə özlərinə hələ cavan olduqlarını sübut etməyə çalışırlar. Bu yaşda olan kişilərin ən böyük qorxusu iqtidarsızlıq və cinsi həyatdakı gücsüzlükdür.
58 yaşlı A. N. bildirir ki, kişilərin andropoza girməsi haqda eşitdiyi üçün yaş keçdikcə qocalmaqdan qorxurmuş: "Elə bilirdim ki, andropoz dövründən sonra mən heç kimə lazım olmayacağam. Yəni bunu məndən yaşca böyük dostlarımdan və internet saytlardan öyrənmişdim. Hansısa androloqun qəbuluna düşmək ağlıma gəlmirdi. Mənim üçün 55 kişiliyin bitmə yaşı idi. Əslində bu qorxu bütün kişilərdə var. Ancaq etiraf etməyə utanırlar. Hər şey mənasını itirmişdi. İşə də getməyə həvəs yox idi. Elə bu dövrdə bir xanımla tanış oldum və həyatım dəyişdi. O, mənim ikinci ailəmdir. O, məni androloqa getməyə də məcbur etdi. Və mən anladım ki, həyat davam edir".
 
Həkim-androloq Kamil Baxşıyevin sözlərinə görə, andropoz çox zaman 50 yaşından sonra başlayır. Amma bu o demək deyil ki, hər kişi 50 yaşdan sonra andropoza girməlidir. Andropozun başlamasının yaşı genetik xüsusiyyət daşıyır: "Andropoz özünü cinsi istəkdə azalma, güc itkisi, yorğunluq, halsızlıq, yuxusuzluq, depressiya, əzələlərdə azalma, sümüklərin əriməsi, erkən boşalma, ereksiya problemi,  boyun qısalması, əmək qabiliyyətinin zəifləməsi, yeməkdən sonra mürgüləmə, əsasən də qarın nahiyəsinin yağlanması kimi əlamətlərlə özünü göstərir".
Andropoz testesteron istehsalı prosesində zəifləmə və qanda testesteronun azalması prosesi nəticəsində psixoloji, fiziki və cinsi simptomlar sistemidir. Həkim bildirir ki, andropozu müəyyən etmək üçün qan analizi verilir. Bu analiz səhər 8.00-10.00 arası verilməlidir. Çünki səhər saatlarında kişilik hormonları yüksək səviyyədə olur.
K. Baxşıyevin sözlərinə görə, andropoz dövründə kişilərdə bir çox sağlamlıq problemləri meydana gələ bilir. Bu dövrdə kişilərdə daha çox prostat xərçəngi  müşahidə edilir. Andropoz dövründə kişilərdə prostat böyüməsi hiss edilirsə, heç bir həkim andropoz üçün testesteron müalicəsi aparmır. Çünki testesteron prostat xərçəngini qidalandırır: "Andropoz heç bir müalicə ilə qarşısı alına bilinməyəcək bir prosesdir. Yəni, bu, təbiətin insan həyatı üçün qoyduğu mərhələdir. Kişilərin 60 faizində 45 yaşından sonra bu proses yavaş-yavaş başlayır. Proses spirtli içki və siqaret aludəçilərində daha tez başlayır. Hər bir kişi heç olmasa, 6 aydan bir androloq müayinəsində olsa, andropozu ləngitmək olar. Əgər bir pasient hər 6 aydan bir eyni həkimə müraciət edirsə, həkim zamanla xəstəsinin orqanizmini öyrənir və lazım gəldikdə dərmanlarla müdaxilə edə bilir. Buna görə də özünüzdə sadalanan əlamətləri müşahidə etdiyiniz zaman həkiminizə müraciət etməyə başlayın. Həkim qan analizləri götürdükdən sonra lazım olarsa, testesteron müalicəsinə başlaya bilər. Əgər prostatınızda böyümə varsa, müalicə edilər və ya əməliyyat yolu ilə problem aradan qaldırıla bilər. Həkimlə ünsiyyətdə olma təkcə andropozu gecikdirmir, həm də ömrünüzü uzadır. Sadəcə hər zaman eyni həkimə müraciət edin ki, sizi öyrənə bilsin".
İsveçrədə "kişiliyin bitməsi" - andropoz üzərində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu proses ilk olaraq kişinin beynində başlayır. Yəni çox zaman kişilər sağlamlıqlarının qayğısına qalmayıb, həyatı necə oldu yaşayır və orta yaşda mənən yorulmuş, sağlamlıqlarını itirmiş vəziyyətdə olurlar. Buna görə də alimlər 35 yaşından sonra hər bir kişiyə gündə yarım saat idman, həftədə ən az 4 dəfə seks və  sağlam qidalanmağı məsləhət görürlər. Kişi sağlamlığının qayğısına nə qədər çox qalarsa, andropozu bir o qədər gecikdirmiş olar. Odur ki, əziz kişilər, sağlamlığınıza diqqət edin!
lent.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57

Daha bir dövlət Rusiya qazından imtina edir

22 Sentyabr 2017 20:48

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

22 Sentyabr 2017 20:47

AVRO-2017: Millimiz darmadağınla başladı

22 Sentyabr 2017 20:44

Azərbaycan voleybolçuları Avropa çempionatında ilk oyunu qələbə ilə başa vurublar

22 Sentyabr 2017 20:44

Bu bölgəmizdə qorxulu bəla peyda olub -

22 Sentyabr 2017 20:40

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

22 Sentyabr 2017 20:37

Bakıda sərnişin avtobusu piyadanı vurdu - FOTO

22 Sentyabr 2017 20:33

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

22 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində “Sevgili Canan” adlı konsert keçirilib

22 Sentyabr 2017 20:31

İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

22 Sentyabr 2017 20:19

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 20:17

Ölkə prezidenti yığmamızın oyununda

22 Sentyabr 2017 20:09

İstanbul bələdiyyə başçısı istefa verdi

22 Sentyabr 2017 20:08

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Sentyabr 2017 20:03

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

22 Sentyabr 2017 20:02

Zirzəmidə tapdığı seyf həyatını dəyişdi -

22 Sentyabr 2017 20:00

İlham Əliyev voleybol matçında - FOTO

22 Sentyabr 2017 19:58

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

22 Sentyabr 2017 19:49

Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL - FOTOLAR

22 Sentyabr 2017 19:48

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

22 Sentyabr 2017 19:42