Pantomima həvəskarlarına yeni il sürprizi

Pantomima həvəskarlarına yeni il sürprizi
06:41 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Pantomima Teatrının 2015-ci il yanvar repertuarı maraqlı tamaşalarla zəngindir.

Yanvarın 10-da Bəxtiyar Xanızadənin “Pantomima buketi”, ayın 11-də, 17-də və 25-də isə B.Xanızadənin və Bəhruz Əhmədlinin “Son ştrix” yeni tamaşası nümayiş olunacaq.

Teatrın kollektivi yanvarın 18-də B.Xanızadənin “Unutmayaq”, 24-də Çingiz Aytmatovun romanı əsasında hazırlanmış “Manqurt”, 31-də B.Əhmədlinin “Ora-bura” tamaşalarını göstərəcək.

Pantomima teatrı həmişə olduğu kimi, yeni ildə də balaca tamaşaçıları unutmayıb. Uşaqlar yanvarın 11-də Abdulla Şaiqin “Tıq-tıq”, ayın 25-də Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” tamaşalarına baxa bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR