Gəncədə keçirilən toplantıda Nardaranda bir qrup ekstremistin törətdiyi əməllər kəskin pislənilib

21:23 3 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 3 dekabr, AZƏRTAC
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində radikal dini qrup üzvlərinin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar törətmək cəhdi Gəncədə keçirilən toplantıda kəskin pislənilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə dövlət-din münasibətləri, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Bildirilib ki, Azərbaycanda hər kəsin etiqad azadlığı qorunur. Vurğulanıb ki, bu baxımdan Nardaranda bir qrup şəxsin törətdiyi əməllər yolverilməzdir.
Çıxış edənlər qeyd ediblər ki, Nardaranda baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açıb göstərir.
Toplantıda ölkədə yeni məscidlərin inşası diqqətə çatdırılıb, son bir neçə ildə Gəncədəki İmamzadə Dini-Memarlıq Kompleksinin tamamilə yenidən qurularaq bölgənin ən böyük ziyarətgahına çevrildiyi vurğulanıb.
Sonda Gəncə dindarları adından Nardaran hadisələrini pisləyən bəyanat qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_kechirilen_toplantida_Nardaranda_bir_qrup_ekstremistin_toretdiyi_emeller_keskin_pislenilib-908089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR