Ukraynadan da Rusiyaya zərbə

Ukraynadan da Rusiyaya zərbə
21:51 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna "İpək yolu" marşrutu ilə qatar buraxmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu məsələ Bakıda Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunub.

G.Zubkon tranzit konteyner daşımaları üçün vahid tarifin müəyyənləşdirilməsini təklif edib.

“Biz həmçinin Xəzər dənizi ilə "Böyük ipək yolu" istiqamətində razılaşdırımış marşrut üzrə ilk sınaq qatarının buraxılmasını müzakirə etməyi təklif edirik. Müzakirələr Çin, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna dəmir yol administrasiyalarının əldə etdikləri razılaşmalar əsasında aparılır.


Gennadi Zubko - Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri


Ümumilikdə son dövrlər Azərbaycanın da maraqlı olduğu İpək yolunun bərpası layihəsi üzrə işlər sürətlənib. Region dövlətləri yolun yenidən canlandırılması üçün konkret addımlar atmağa başlayıb. Oktyabrda Qazaxıstanın baş naziri Kərim Masimov Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı da əsas diqqəti Çindən göndərilən yüklərin onların ölkələrinin ərazisindən Avropaya daşınması məsələsini müzakirə ediblər.

Digər təklif edilən layihəyə əsasən Mərkəzi və Cənubi Asiyadan daşınan yüklər üçün energetika, ticarət dəhlizi kimi Monqolustan, Qırğızıstan, Qazaxıstan, Hindistan, Türkiyə, İran və Yunanıstanın ərazilərindən istifadə nəzərdə tutulur. Dövlətlər bu layihəni “Yeni "Böyük İpək yol”u adı altına həyata keçirmək istəyirlər.

Regionda son baş verən hadisələrdən sonra bəzi dövlətlər "İpək yolu" layihəsinin həyata keçirilməsi ilə bağlı konkret addımlar atmağa başlayıblar. Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmələri buna bir sübutdur.


Tarixi İpək yolunun keçdiyi ərazilər


Bu razılaşma Rusiya və Türkiyə arasında baş verən gərginlikdən sonra əldə edilib. Belə bir layihənin həyata keçirilməsi Rusiyadan narazı olan dövlətləri özünə cəlb edib. Həmin dövlətlər arasında ən həvəsli görünənlərdən biri də Ukraynadır. Çünki Avropa və Rusiya arasında ticarət yollarının üzərində yerləşən Ukraynda rəsmi Moskva ilə yaranan gərginlikdən sonra regional əhəmiyyətini itirməyə başladı. Bu isə müharibə vəziyyətində yaşayan ölkə iqtisadiyyatına böyük zərbə idi. Ölkənin şərqində münaqişənin səngiməsindən istifadə edən Ukrayna höküməti itirdiyi pulları kompensasiya etmək üçün yeni bazarlar axtarır. Amma iqtisadi və siyasi cəhətdən gərgin vəziyyətdə olan ölkə böyük regional layihələri təkbaşına icra etmək gücünə malik deyil.

Ona görə də Türkiyə və Rusiya arasında baş verən son gərginlik Ukraynanın işinə yarayıb. Ukrayna yaranan vəziyyətdən istifadə edib "İpək yolu" layihəsinə qoşulmaq istəyir. Əslində bu Azərbaycanın da xeyrinə olan bir təklifdir. Çünki Azərbaycan hazırda Bakı – Tiblisi – Qars dəmir yolu layihəsini həyata keçirir. İnşası növbəti il başa çatacaq dəmir yolu layhəsi işə düşdükdən sonra müqavilələr əsasında dövlətlərarası yüklərin daha tez və daha ehtibarlı formada daşıyacaq. Ukraynanın "İpək yolu"na daha çox maraq göstərməsinin səbəblərindən biri yolun Rusiya ərazisindən keçməsidir.

Azərbaycanın yükdaşıma tariflərini endirməsi digər dövlətlərin də "İpək yolu"na marağını artıra bilər.


Bakı – Tiblisi – Qars dəmir yolunun keçdiyi ərazilər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR