Nobel laureatları medala görə pul verəcəklər

Nobel laureatları medala görə pul verəcəklər
22:05 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Nobel Sülh mükafatının builki qalibləri öz qızıl medallarına görə pul ödəməyə razılaşıblar.

Söhbət bu il Sülh Nobelini almış Tunis Milli Dialoq Kvartetindən gedir (Tunis Əmək Birliyi, Tunis Sənaye və Ticarət Konfederasiyası, Tunis İnsan hüquqları Liqası, Tunis Vəkillər Assosiasiyası)

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bu dördlüyə daxil olan təşkilatların hər biri diplomun bir nüsxəsini və qızıl medalı almaq istəyib.

Reqlamentə görə isə, onların dördünə bir medal düşür. Üstəlik, Mükafatın qaydalarına görə, onu üçdən artıq şəxs və ya təşkilat bölə bilməz.

Nəticədə hər iki tərəf kompromisə gedib. Komitə 1 medalın qiymətinin imkan verdiyi qədər xərcləyərək qızıl medaldan 4 ədəd düzəltdirəcək, medallar üçün pulun çatmayan hissəsini isə bu dörd təşkilat ödəyəcək.

Mükafat 10 dekabrda Osloda təqdim olunacaq. Qalibə qızıl medaldan başqa, səkkiz milyon kron (950 min ABŞ dolları) pul mükafatı veriləcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR