Cavusoglu SU-24 təyyarəsindən danışdı

Cavusoglu SU-24 təyyarəsindən danışdı
22:12 3 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin hava məkanını pozmuş  "Su-24" təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.
 
"Mən qeyd etmək istərdim ki, noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir", deyə Çavuşoğlu vurğulayıb.
 
Qeyd edək ki,  ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində   baş tutan Çavuşoğlu-Lavrov görüşü Rusiyanın "Su-24" təyyarəsi vurulandan (noyabrın 24-dən) bu vaxtadək  rəsmi səviyyədə baş tutmuş ilk təmasdır.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR