Abşeronda yeni söküntülər başlandi - FOTO

Abşeronda yeni söküntülər başlandi - FOTO
22:17 3 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə rayonun bütün qəsəbələrində qanunsuz tikililərin sökülməsinə başlanıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, bu tikililər RİH-in xəbəri olmadan, müvafiq sənədlərsiz inşa olunub.

"Yaşayış və ya qeyri-yaşayış tikilisi olub-olamasına rəğmən müvafiq sənədləri olmayan bütün tikililər söküləcək. Vətəndaşlar bilməlidir ki, hələ inşaata başlamazdan əvvəl müvafiq sənədləri hazırlayaraq icra hakimiyyətinə təqdim etmək gərəkdir. İndi Novxanı, Saray, Masazır və s. yaşayış məntəqələrində monitorinq aparılır. Rayon ərazisində qanunsuz tikililər aşkarlanan təki onların sökülməsi üçün operativ tədbirlər görülür", - RİH-dən dedilər.
Sabunçu rayonunda da qanunsuz tikililəri sökürlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR