Köçəryan referendumu baykot edəcək

Köçəryan referendumu baykot edəcək
22:32 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq prezidenti Robert Köçəryan konstitusiya düzəlişləri ilə bağlı referendumu baykot edəcək.

Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə keçmiş prezidentin nümayəndəsi Viktor Sogomonyan məlumat verib.

Referendum dekabrın 6-da keçiriləcək.

Hazırda Yerevanda referendum əleyhinə aksiya keçirilir.

Dəyişikliklərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə ittiham edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR