Lənkəran yenə sel sularının altında qalıb

Lənkəran yenə sel sularının altında qalıb
22:34 3 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonu ərazisində dekabrın 2-də günorta saatlarından başlayan yağış axşam güclənib. APA-nın cənub bürosunun məlumatına görə, sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub. Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür ağacların yıxılması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib.

 

Hazırda rayonda yağış yağmaqda davam edir.

 

Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalıb,  5-ə yaxın körpünü sel aparıb, sakinlərə xeyli maddi ziyan dəyib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR