“Birdən Serj Sərkisyan İslamı qəbul edib İŞİD-ə qoşulsa?”

“Birdən Serj Sərkisyan İslamı qəbul edib İŞİD-ə qoşulsa?”
22:47 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda konstitusiya islahatları referendumuna az qalmış prezident Serj Sərkisyanla müxalifət arasında polemikalar da sərtləşir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Sərkisyan bu gün müxalifətin ölkədə parlament üsul-idarəçiliyinin tətbiq olunacağı halda Ermənistanın dinc dövrdə ali baş komandansız qalacağına dair iradlarına cavab olaraq fərziyyə irəli sürüb.

Sərkisyan deyib ki, indiki konstitusiyaya görə, əgər 2012-ci ildə seçkiləri Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağıran "İrs" partiyası udsaydı, o, prezident kimi Raffi Ovanisyanın - həmin partiyanın liderinin qurduğu hökumətin qəbul etdiyi qərarı imzalamalı olardı. Bu isə ("DQR"-in tanınması) Azərbaycana müharibə elan etməkdir.

"Belə çıxır ki, Ovanisyan Azərbaycana müharibə elan edəcək, mən isə prezident kimi ölkənin təhlükəsizliyini təmin edəcəm? Axı bu, məntiqi deyil"- Sərkisyan indiki konstitusiyanın yararsız olduğunu sübut etmək üçün deyib.

Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə Sərkisyanın bu çıxışına cavab olaraq deyib ki, müxalifət əsas məqsədə nail olub. Konstitusiya referendumu Sərkisyan hakimiyyətinə qarşı etimadsızlıq referendumuna çevrilib.

L.Zurabyanın sözlərinə görə, bütün erməni xalqı bu islahatları rədd edir, deməli, Sərkisyanın özünü də rədd etmiş olur. Zurabyan hakimiyyətin səsvermə kampaniyası ərzində bir dəfə də olsun mitinq keçirməyə cəsarət etmədiyini, təbliğatı uduzduğunu deyib.

Onun sözlərinə görə, Sərkisyan bu gün verdiyi telemüsahibədə sonuncu gülləsini atıb. Ancaq Zurabyan Sərkisyanın müsahibəsində deyilənləri kəskin sarkazmla şərh edib və bunun ancaq KVN-çilər üçün mövzu ola biləcəyini deyib.

"O deyir: bəs birdən Raffi Ovanisyan seçilər və Türkiyə ilə Azərbaycana müharibə elan edər, onda mən nə edərəm? Ancaq biz də bu cür fantaziya qura bilərik. Bəs birdən Serj  Sərkisyan İslamı qəbul etsə və "İslam Dövləti"inə üzv olsa, nə olar?"-deyə müxalifətçi istehza ilə bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR