Bakı. 3 dekabr. REPORT.AZ/ "Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü zamanı deyib. Prezident vurğulayıb ki, Azərbaycanla Türkiyənin əlaqələri ən yüksək zirvədədir: "Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz".
Prezident İlham Əliyev: "Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik"
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Lalə Azərtaşın verilişi bağlanır -
19 Aprel 2024
14:48
Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq -
19 Aprel 2024
14:36
İstanbul klubundan Qurbanovla bağlı
19 Aprel 2024
14:34
Bu halda ipotekaya
19 Aprel 2024
14:32
Bu şəxlərə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası
19 Aprel 2024
14:31
Bakıda məşhur
19 Aprel 2024
14:26
Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq
19 Aprel 2024
14:24
Sülhməramlılar Azərbaycandan buna görə tez çıxıb -
19 Aprel 2024
14:22
Bu şəxslərin
19 Aprel 2024
14:15
Zaxarovanın iki başlı açıqlaması:
19 Aprel 2024
14:10