Qaralmış gümüşləri ketçupa batırın və...

Qaralmış gümüşləri ketçupa batırın və...
23:17 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Evi təmizləyərkən mətbəxdə istifadə etdiyiniz bu əşyalar xeyli işinizə yarayacaq.

Милли.Аз лент.аз-а истинадян билдирир ev təmizliyində faydalı olacaq məsləhətlər təqdim edir.
 
Tualetinizin borularından pis qoxu gəlirsə, tualetə limon suyu damcıladın.
 
Qaralmış gümüş əşyaları təmizləmək üçün onlarıi ketçupa batırıb 10 dəqiqə saxlayın və isti su ilə silin. Qaralmalar keçəcək. 
 
Mikrodalğalı sobanın içindəki ləkələri təmizləmək üçün bir kasaya su və limon suyu tökün. Bunu mikrodalğalı sobaya qoyun, ən yüksək dərəcədə işə salın. Soyuduqdan sonra mikrodalğalıdakı ləkələrin daha tez getdiyini görəcəksiniz. 
 
Güzgüdəki ləkələri təmizləmək üçün su və bir stəkan limon suyunu qarışdırın. Bunu sprey şüşəyə doldurub güzgünüzü təmizləyin. 
 
Sobadakı ləkələrə qarşı bir qaba ammonyak doldurun və bir gecə sobada saxlayın. Ertəsi sabah silin, ləkələrin tez keçdiyini hiss edəcəksiniz. 
 
Qızıl aksessuarları təmizləmək üçün pivə ilə silin və parıldadın. 
 
Soyuducu təmizliyi üçün bir litr suya 4 çay qaşığı soda əlavə edin və soyuducunu bununla silin. 
 
Yataqlardakı qoxulara qarşı yataq dəstini bayıra atın, bir az vodka sıxın və qoxu keçənə qədər qurudun. Spirtli içki qoxusuna səbəb olan bakteriyaları yox edəcək. 
 
Rezin əlcəyi taxın və isladın. Sonra bununla xalçanızı ovun. Xalçanın üstündəki tüklər təmizlənəcək. 
 
Kirlənmiş çiniləri isidin və soda ilə yavaşca fırçalayın. Daha sonra isti su ilə yuyun. Ləkələrin keçdiyini fərq edəcəksiniz. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR