İD-nin jurnalında "britaniyalı jurnalist"in məqaləsi çıxıb

İD-nin jurnalında "britaniyalı jurnalist"in məqaləsi çıxıb
06:58 30 Dekabr 2014
122 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

"İslam dövləti" qruplaşması tərəfindən nəşr olunan "Dabik" jurnalında britaniyalı jurnalist Con Kentli adı ilə imzalanmış məqalə dərc olunub. Trend İnterfaks agentliyinə istinadən bu barədə The Independent qəzeti xəbər verir.

Məqalənin müəllifi qərb iqtisadi sisteminin, xüsusən amerika dollarının kollapsını söyləyir, həmçinin "İslam dövləti" tərəfindən öz valyuta və qızıl sikkələrinin tədavülə buraxılmasını "ağıllı gediş" adlandırır.

Qruplaşmanın pulları islamçılara tabe olan Suriya və İraq ərazilərində tədavüldədir.

Hələlik məlum deyil, doğrudanmı Kentlinin özü jurnal üçün məqalə yazıb, yoxsa onun adını hazır material altında yazıblar.

43 yaşlı, Böyük britaniyalı Con Kentli 2012-ci ildə Suriyadakı yaraqlılar tərəfindən tutulub. "İslam dövləti"nin İraqa müdaxiləsindən bəri jurnalist qruplaşmanın yeddi videoyazılarında görünüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR