İslamda 40 ədədinin YERİ

İslamda 40 ədədinin YERİ
23:52 3 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Ərəb dilində "Ərbəin" sözü "40-cı" deməkdir. Mübarək dinimizdə bu rəqəmlə bağlı çoxlu maraqlı məqamlar var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Adəm (ə) 40 gecə-gündüz Səfa dağında dua və münacatla, səcdə ilə məşğul olur.
 
Allahla Həzrət Musa (ə) arasında 40 gecə-gündüz vədə verilmişdi ki, görüş həyata keçsin və Tövrat nazil olur.
 
Həzrət Xızrı (ə) görmək üçün 40 səhər evi yuyub süpürmək lazımdır ki, Həzrət (ə) üzə çıxsın.
 
Hər kim şərab içər, namazı 40 gün qəbul olmaz.
 
O kəs ki, haram tikə yeyər, 40 gün duası qəbul olmaz.
 
Hər kim 40 gün halal yemək yeyər, qəlbi nurani olar.
 
İnsan nütfəsi 40 gündən sonra ətlənir.
 
Bəni-İsrayilə 40 il vədə verilmiş torpağa daxil olmaq qadağan olunmuşdu.
 
Həzrət Muhəmməd (s) 40 gecə-gündüz Həra dağında ibadət edir.
 
Həzrət Muhəmməd (s) 40 yaşında nəbi olur.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allah üçün 40 gün əməlini xalis edərsə, hikmət bulağı ürəyindən dilinə axar".
 
Hədislərin birində oxuyuruq: "Bəndə o zaman ki, 40 yaşına çatır, Allah ona nəzarət edən iki mələyə əmr edir ki, bu bəndəni çətinliyə salsınlar".
 
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə 40 yaşına çatıbsa və xeyiri şərinə qələbə çalmayıbsa, cəhənnəmə getməyə hazır olar".
 
Əmirəl-möminin (ə) buyurur: "Əgər 40 nəfər mənimlə beyət etsəydi, düşmənlərimin qarşısında dayanardım".
 
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər ümmətimdən kimsə 40 hədis öyrənərsə ki, din mövzularında ona yardım etsin, Allah onu Qiyamət günü fəqih
və alim məhşur edər".
 
İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü Həzrətlə (ə) beyəti təzələmək və Aşura hadisəsini yada salmaq niyyətilə qeyd edilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR