Azərbaycanda dövlət qeydiyyatına alınan radiotezlik istifadəçilərinin sayı 475-ə çatıb

01:53 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.
Dekabrın 3-nə olan məlumata görə, idarədə 475 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70-i dövlət, 335-kommersiya, 31-i xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin müvafiq dövründə 6774 radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48 min 334 ədəd təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_dovlet_qeydiyyatina_alinan_radiotezlik_istifadechilerinin_sayi_475_e_chatib-908111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR