Romada Liviya böhranına dair konfrans keçirilə bilər

Romada Liviya böhranına dair konfrans keçirilə bilər
03:38 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 4 dekabr, AZƏRTAC
Romada Liviya böhranına dair konfransın təşkili istiqamətində işlər aparılır. Dekabrın 13-də keçirilməsi planlaşdırılan tədbir təkcə qlobal aktorları deyil, eləcə də region ölkələrini bir araya gətirəcək.
Bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni məlumat verib. O deyib: “İnanıram ki, belə bir tədbirin təşkili istiqamətində məqsədimizə nail olacağıq və Liviya prosesinə həlledici təkan verəcəyik”.
İtaliyalı nazir diqqətə çatdırıb ki, problemin həllinə nail olmaq üçün çox vaxt yoxdur. Razılaşma əldə etmək yolunda bütün maneələri aradan qaldırmaq zəruridir.
P.Centiloni, eyni zamanda, növbəti iki ay ərzində Romada anti-İŞİD sammitinin keçiriləcəyi barədə də məlumat verib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Romada_Liviya_bohranina_dair_konfrans_kechirile_biler-908113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR