Fransada fövqəladə vəziyyət rejiminin uzadılması üçün konstitusiyada dəyişiklik edilə bilər

Fransada fövqəladə vəziyyət rejiminin uzadılması üçün konstitusiyada dəyişiklik edilə bilər
03:42 4 Dekabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa hökuməti ölkə konstitusiyasına fövqəladə vəziyyət rejimini 6 aya qədər uzatmağa imkan verəcək dəyişikliklər əlavə edə bilər. Bu barədə "Report" AFP-yə istinadən xəbər verir. 
Hazırda qanunvericilik aktları fövqəladə vəziyyət rejiminin yalnız 3 ay müddətinə tətbiq olunmasına icazə verir. 
Agentlik Fransa hökumətindəki mənbəyə istinadən xəbər verir ki, konstitusiyada dəyişikliklər layihəsi dekabrın 23-də Nazirlər Şurasının müzakirəsinə çıxarılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/fransada-fovqelade-veziyyet-rejimi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR