Mcdonalds vergidən yayınmaqda ittiham olunur

Mcdonalds vergidən yayınmaqda ittiham olunur
04:11 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Birliy fast-food nəhəngi olan “Mcdonalds”a qarşı vergidən yayınma ittihamı ilə istintaqa başlayıb. ANS PRESS-in məlumatına görə, şirkətin Lüksemburqa höküməti ilə razılığa gələrək külli miqdarda korporativ vergidən yayındığı iddia olunur. Avropa Birliyi rəsmilərinə görə, “Mcdonald's Europe Franchising” adı ilə qeydiyyata alınmış iri şirkət iri gəlirlərə baxmayaraq, 2009-cu ildən bəri korporativ vergi ödəməyib. Halbuki təkcə 2013-cü ildə şirkətin gəlirləri 250 milyon euro təşkil edib. Korporativ vergidən azad olmaq üçün əksər ABŞ iri korporasiyaları və şirkətləri başqa qərargahlarını məhz Avropanın bu cırtdan ölkəsinə köçürür.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR