Lavrov: Türkiyə-Suriya sərhədini bağlamaq mümkündür

Lavrov: Türkiyə-Suriya sərhədini bağlamaq mümkündür
05:14 4 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya üzərində havada və yerdə fəaliyyət göstərənlərin hamısının səylərini  birləşdirməklə Türkiyə-Suriya sərhədini bağlamaq mümkündür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri ötən gün Belqradda Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.   

 

“Təbii ki, sərhədlərin bağlanılmasını yalnız kompleks şəkildə və havadan dəstəklənməklə yerdə fəaliyyət göstərənlərin hamısının səylərini birləşdirməklə həyata keçirmək  mümkündür. Buna görə də, Türkiyə-Suriya sərhədinin bağlanmasının  konkret hansı şəkildə olacağını hələlik demək çətindir.  Lakin fakt odur ki, bu məsələ artıq ən əsas, mərkəzi problem kimi qəbul edilib”, deyə Lavrov qeyd edib.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR