Markın milyardlıq ianəsinin sirri açıldı

Markın milyardlıq ianəsinin sirri açıldı
06:51 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

İki gün əvvəl “Facebook”un təsisçisi Mark Zukerberqin ata olduqdan sonra şirkətinə aid səhmlərin 99%-ni, təxminən 45 milyard dollar məbləğinə pulu xeyriyyə fonduna bağışlaması barədə xəbərlər yayılmışdı. ANS PRESS-in məlumatına görə, Türkiyənin “Habertürk” qəzetinin iqtisadiyyat yazarı Mahmud Sancaq ABŞ-da milyarderlərin əsasən vergidən yayınmaq üçün bu yola müraciət etdiklərini deyib.

Yazar bildirib ki, qəzet manşetləri Zukerberqi nümunəvi, xeyirxah bir ABŞ vətəndaşı kimi təqdim etsə də ABŞ Xəzinə Nazirliyinin əməkdaşları milyardlarla dollar məbləğində ianəni müsbət qarşılamır. Çünki ABŞ qanunvericiliyinə görə, bu ölkədə xeyirxahlıq məqsədi ilə pul bağışlayanlar 50%-ə qədər vergidən azad olurlar. Hər il Amerikada 300 milyarda yaxın pul ianə edən ABŞ milyarderlərinin 40 milyarda qədər məbləği vergidən yayındıra bildikləri qeyd edilib.

Həmçinin bildirilir ki, Zukerberq bu 45 milyard dolları bir dəfədə ödəməyəcək. Ailə gələcək 3 ildə, hər il məbləği 1 milyarddan çox olmayan şirkət səhmi satacaq. Həmin dövrdə Zukerberq vergidən 1 milyar dollar qazanacaq.

Amerikalı vergi mütəxəssisləri milyarderlərin fond işlərini “Xeyirxahlıq kapitalizmi” kimi təsvir edirlər. Bu zaman vergi qənaətləri dəqiq hesablansa da, ianənin yerinə yetirilib-yetirilmədiyini yoxlayan mexanizm yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR