Suriya danışıqların üçüncü raundu Nyu-Yorkda keçirilə bilər

Suriya danışıqların üçüncü raundu Nyu-Yorkda keçirilə bilər
06:54 4 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyaya dair Vyana danışıqlarının üçüncü raundu Nyu-Yorkda keçirilə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Pan Qi Mun bildirib.    

 

“Bildiyimə görə, üzv dövlətlər Vyana prosesinin üçüncü görüşünün Nyu-Yorkda keçirilməsini razılaşdırırlar”, deyə Pan Qi Mun jurnalistlərin Suriya üzrə beynəlxalq konfransın növbəti raundunun keçiriləcəyi məkan barədə sualına cavabında bildirib.

 

BMT baş katibi növbəti görüşün nə vaxt baş tutacağını açıqlamayıb.    

 

“Ölkənin bütün ərazisində atəşkəs rejiminin yanvarda tətbiq edilməsi daha yaxşı olardı. Bundan sonra seçkilərin keçirilməsi planlaşdırılır”, deyə Pan Qi Mun qeyd edib.  

 

Qeyd edək ki, bundan əvvəl Suriya Müxalifət və İnqilabi Qüvvələrinin Milli Koalisiyasının siyasi bürosunun üzvü Bədr Camus  “Sputnik”ə açıqlamasında Suriya hakimiyyəti və müxalifəti arasında görüşün dekabrın 18-də Nyu-Yorkda baş tutacağını bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR