Bakıda 24 yaşlı qızı qatar vurdu - FOTO

Bakıda  24 yaşlı qızı qatar vurdu - FOTO
07:12 4 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Bakının Nizami rayonunda 24 yaşlı qızı qatar vurub. 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.  Belə ki, 24 yaşlı Çinarə Sadıqovanı Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar vurub. Yaralı hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər əməliyyat olunan Çinarə Sadıqovanın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
 
Hadisə yerində polis əməkdaşları ölçülər götürüb müayinələr aparıblar.
 
Faktla əlaqədar Nizami rayon Xətt Polis Şöbəsində araşdırmalar aparılır.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR