Bakıda yolları su basdı: 5 nəfər xilas edildi

Bakıda yolları su basdı: 5 nəfər xilas edildi
07:29 4 Dekabr 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi qalxıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə, hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR