Bakını su basdı, 8 nəfər klöməksiz qaldı

Bakını su basdı, 8 nəfər klöməksiz qaldı
07:31 4 Dekabr 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə paytaxt Bakıda müşahidə olunan yağıntılı hava bəzi fəsadlara səbəb oldu və sel nəticəsində 8 nəfər avtomobillərdə köməksiz qaldı. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata əsasən, yağan intensiv yağılar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb, nəticədə hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:43-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR