İsmayıllıda əlil vətəndaşlarla görüş keçirilib

07:43 4 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 4 dekabr, AZƏRTAC
İsmayıllıda Beynəlxalq Əlilər Günü qeyd olunub. Xüsusi qayğıya ehtiyacı olan 200 nəfərin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə yaradıcılıq məharətləri ilə seçilən əlillərin əl işlərindən, rəsm nümunələrindən ibarət satış sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, bu gün rayonda 133 nəfər Qarabağ, 7 nəfər Böyük Vətən Müharibəsi, 2 nəfər 20 Yanvar, 28 nəfər Çernobl əlili yaşayır.
Bayram süfrəsi arxasında təşkil olunan tədbiridə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ölkəmizdə, eləcə də İsmayllıda əlillərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsindən, cəmiyyətə inteqrasiyaları ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə təkcə bu il 8 əlilə minik avtomobili verildiyi, 24 nəfərin müalicəyə göndərildiyi bildirilib. Habelə, qeyd olunub ki, hazırda daha çox ehtiyacı olan 3 əlil üçün fərdi mənzillər tikilir.
Çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.
Sonda bir qrup əlilə hədiyyələr təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillida_elil_vetendaslarla_gorus_kechirilib-908116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR