Monteneqro NATO-ya qoşulmaq üçün dəvət alıb

07:43 4 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Podqoritsa, 4 dekabr, AZƏRTAC
NATO Monteneqronu qurumun 29-cu üzvü olmağa dəvət edib. Rəsmi dəvəti NATO-nun baş katibi Yens Stoltenberq qurumun üzv ölkələrinin nazirlər toplantısında edib. Bu qərar yekdilliklə qəbul edilib. Y.Stoltenberq, eyni zamanda, bunun NATO və Monteneqro üçün böyük addım olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu ölkənin NATO-ya qəbul olunması ilə bağlı danışıqlar gələn ilin əvvəllərində yekunlaşa bilər. Lakin 28 NATO üzvünün bu qərarı ratifikasiya etməsi bir az vaxt ala bilər.
Məsələyə münasibət bildirən Monteneqronun Baş naziri Milo Cukanoviç hökumətin rəsmi “twitter” hesabından bu qərarı ölkəsi üçün tarixi an kimi dəyərləndirib və NATO-nun üzvlük dəvətini fəxrlə qəbul etdiklərini vurğulayıb.
Qeyd edək ki, Monteneqronun NATO-ya üzv olması ilə bağlı danışıqlar 2010-cu ildən başlayıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Monteneqro_NATO_ya_qosulmaq_uchun_devet_alib-908115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR