Türkiyə-Azərbaycan sərhədində kütləvi dava: 17 yaralı - FOTO

Türkiyə-Azərbaycan sərhədində kütləvi dava: 17 yaralı - FOTO
08:12 4 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İğdır vilayəti ərazisindəki "Dilucu" sərhəd məntəqəsində yük maşını sürücüləri arasında dava düşüb, 17 nəfər yaralanıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Vilayəti sərhədindıki "Dilucu" keçid məntəqəsində iki ailənin üzvləri arasında növbə tutmaq üstündə qarşıdurma olub. Daş və dəyənəklərdən istifadə olunan dava zamanı 17 nəfər yaralanıb. 

Tərəfləri jandarma sakitləşdirib. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım briqadaları tərəfindən İğdır dövlət xəstəxanasında çatdırılıb. Onlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. 

Polis xəstəxanada təhlükəsizlik tədbirlərini gücləndirib. 
Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR