Azərbaycanda əlil uşaqlar üçün yeni QAYDALAR

Azərbaycanda əlil uşaqlar üçün yeni QAYDALAR
08:17 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün yeni qaydalar hazırlanacaq.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, xüsusi təhsil sahəsində köklü islahatların aparılması nəzərdə tutulub. Xüsusi təhsil sahəsində yeni metodikaların tətbiqi və ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması planlaşdırılır. Ümumilikdə nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

Nazirlikdən deyilib ki, əlilliyi olan uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramlarının qəbul edilməsi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və Tədbirlər Planında öz əksini tapıb. Bu məqsədlə "2016-2023-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib.

Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 62 860 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558-i xüsusi məktəblərdə, 2725-i xüsusi internat məktəblərində, 260 nəfəri isə ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR