BMT baş katibi: "Üçüncü raund Nyu-Yorkda keçirilə bilər"

BMT baş katibi: "Üçüncü raund Nyu-Yorkda keçirilə bilər"
08:17 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Suriyaya dair Vyana danışıqlarının üçüncü raundu Nyu-Yorkda keçirilə bilər. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT baş katibi Pan Qi Mun bildirib.    
 
"Bildiyimə görə, üzv dövlətlər Vyana prosesinin üçüncü görüşünün Nyu-Yorkda keçirilməsini razılaşdırırlar", deyə Pan Qi Mun jurnalistlərin Suriya üzrə beynəlxalq konfransın növbəti raundunun keçiriləcəyi məkan barədə sualına cavabında bildirib.
 
BMT baş katibi növbəti görüşün nə vaxt baş tutacağını açıqlamayıb.    
 
"Ölkənin bütün ərazisində atəşkəs rejiminin yanvarda tətbiq edilməsi daha yaxşı olardı. Bundan sonra seçkilərin keçirilməsi planlaşdırılır", deyə Pan Qi Mun qeyd edib.  
 
Qeyd edək ki, bundan əvvəl Suriya Müxalifət və İnqilabi Qüvvələrinin Milli Koalisiyasının siyasi bürosunun üzvü Bədr Camus  "Sputnik"ə açıqlamasında Suriya hakimiyyəti və müxalifəti arasında görüşün dekabrın 18-də Nyu-Yorkda baş tutacağını bildirib. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR