Ceyhun Osmanlı hökumət bağ evindən hələ də çıxmır

Ceyhun Osmanlı hökumət bağ evindən hələ də çıxmır
08:17 4 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş "millət vəkili" Ceyhun Osmanlı deputat mandatını itirməsinə baxmayaraq hələ də Zuğulbadakı "İkinci hökumət bağ evləri"ndəki mənzildən istifadə etməkdə davam edir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu ilin noyabrında Milli Məclisə yeni seçilmiş deputatların bir çoxu qanunla onlara verilməli olan bağ evlərini ala bilmir. Bu da "İkinci hökumət bağ evləri"ndəki mənzillərin sayının az olması ilə bağlıdır.

C.Osmanlının deputat mandatını itirəndən sonra da həmin evdə hansı əsasla yaşamaqda davam etməsi məlum deyil. Onun bu evi hökumətə nə vaxt qaytaracağı vaxt da bəlli deyil.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR