Azərbaycanda ərzaq məhsulları bahalaşıb

Azərbaycanda ərzaq məhsulları bahalaşıb
08:31 4 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ərzaq məhsullarının, gündəlik təlabat mallarının qiyməti 15-50 faiz aralığında artıb. Qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir. ANS əməkdaşının mağazalarda apardığı müşahidələr zamanı məlum olub ki, məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Məsələn, əvvəllər 10 qəpiyə olan yumurta indi 15 qəpik olub. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur.

Bu sahəni araşdıran mütəxəsis Vüqar Bayramlı bildirir ki, hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. Çünki ölkə iqtisadiyyatı fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi.

Mütəxəssis deyir ki, Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. Vəziyyətdən istifadə edən bəzi sahibkarlar isə qiymətləi suni şəkildə artırır.

Vüqar Bayramlı qiymətlərin bundan sonra artacağını da istisna etmir: “Qarşıdan yeni il gəlir və bayramla əlaqədar qiymətləri yenə artacaq.”

Kənd təsərrüfatı nazirliyi isə qeydə alınan bahalaşmanı mövsümlə əlaqələndirir və bu sahədə tənzimləmə işlərini paytaxtda, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən yarmarkaların sayının 10-a qaldırmaqla aparmaq istəyir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR