İndoneziyada torpaq sürüşməsi nəticəsində həlak olanlar var

08:43 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 4 dekabr, AZƏRTAC
Dekabrın 3-də İndoneziyanın Sumatra adasındakı Benqkulu əyalətində torpaq sürüşməsi 18 nəfərin həyatına son qoyub. Bu barədə Təbii Fəlakətlərin Nəticlərinin Aradan Qaldırılması Milli İdarəsi məlumat yayıb.
Səhər saatlarında Lebonq Tandai yaşayış məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev torpaq altında qalıb. Faciəyə səbəb fasiləsiz davam edən leysan yağışlar göstərilir.
Məlumatda qeyd edilir ki, fövqəladə hadisənin baş verdiyi rayon əvvəllər qızıl mədəninin olduğu yamacda yerləşir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyada_torpaq_surusmesi_neticesinde_helak_olanlar_var-908117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR