Minik maşını ilə "KamAZ" toqquşdu, yaralılar var

Minik maşını ilə "KamAZ" toqquşdu, yaralılar var
09:12 4 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda minik maşını ilə "KamAZ" toqquşub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğraıyıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil veriblər, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR