Bakıda yağan güclü yağış avtomobilləri yolda qoydu

Bakıda yağan güclü yağış avtomobilləri yolda qoydu
09:18 4 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünən axşam saatlarından başlayaraq yağan güclü yağış Bakının küçələrində problemlər yaradıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb. Nəticədə hərəkət məhdudlaşdığından vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb. FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:43-də başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2464936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR