Xarici donorların Azərbaycanda qrant vermək hüququnun əldə edilməsi qaydaları təsdiqlənib

Xarici donorların Azərbaycanda qrant vermək hüququnun əldə edilməsi qaydaları təsdiqlənib
09:32 4 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"nı təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə bu barədə qərar qəbul edib.

Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra - xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.

Bu tələblər Azərbaycan Respublikasının və Azərbaycan Respublikası Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR