​Rusiya Xəzərin cənubunda "S-400" zenit-raket sistemini sınaqdan keçirib

​Rusiya Xəzərin cənubunda "S-400" zenit-raket sistemini sınaqdan keçirib
09:37 4 Dekabr 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Xəzər Donanması Həştərxanda "S-400" zenit-raket sistemini sınaqdan keçirib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Həştərxandakı Kapustin - Yar poliqonunda keçirilən sınaq zamanı hava hücumundan müdafiə sisteminə daxil olan "S-400"-dən atılan iki raket "Kaban" adlı reaktiv hədəfi uğurla vurub.
Xəbərdə bildirilib ki, Rusiyanın Xəzər Donanması terrora qarşı mübarizə təlimi də keçirib. Rusiya Cənub Hərbi Dairəsinin məlumatına əsasən, təlimdə 200 əsgər və 20 hərbi texnika iştirak edib.




Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-xezerin-cenubunda-s-400-zenit-raket-sistemini-sinaqdan-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR