Leyla Lidia Tuğutlu ilə baş rolunu paylaşdığı "Delibal" filmiylə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan Çağatay Ulusoy paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, o, aktrisa Ferhan Şensoyla səhərə qədər əyləncə mərkəzlərinin birində dostlarıyla əylənib. Müxbirlərin məkanın önündə olduğunu bilən ikili arxa qapıdan çıxmaq istəyiblər.
Lakin burda da fotoqraflara tuş gələn cütlük əvvəl təlaşa düşsələr də, sonra gülümsəyərək taksiyə miniblər. Mediada artıq onların sevgili olması haqda dedi-qodular yayılıb.