Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

10:02 4 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. XİN başçıları iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.
İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/elmar-memmedyarov-maltanin-xarici-isler-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR