Dünyada ilk yuyula bilən smartfon hazırlanıb

Dünyada ilk yuyula bilən smartfon hazırlanıb
10:11 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın «Kyocera» şirkətinin hazırladığı «Digno Rafre» adlı smartfonun əsas özəlliyi odur ki, bu qurğunu sabunla yumaq olar.
 
 
«ICTnews.az» elektron xəbər xidməti «lenta.ru» resursuna istinadən yazır ki, istehsalçıların sözlərinə görə, sözügedən qurğu ən müxtəlif vəziyyətlərdə istifadə üçün nəzərdə tutulub. «Kyocera» şirkətinin nümayəndəsi deyib ki, cihazın sensor ekranı hətta isladılmış halda işləyir. Smartfonun korpusu cızıqlara qarşı dayanıqlıdır.
 
 
Qurğu «Android 5.1» mobil əməliyyat sistemi ilə işləyir, 1280x720 piksel təsvir ölçülü 5 düymlük diaqonala malik displey və 13 meqapiksellik kamera ilə təchiz olunub. Daxili akkumulyator batareyasının tutumu 3000 milliamper/saat gücündədir.
 
Smartfon dekabrın 11-də Yaponiyada satışa çıxarılacaq və dəyəri təxminən 460 ABŞ dolları təşkil edəcək.
 
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40124-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR