DÇ-2018-in başlama saatları açıqlandı

DÇ-2018-in başlama saatları açıqlandı
10:17 4 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının oyunlarının başlama saatını açıqlayıb. 


Fanat.az xəbər verir ki, açılış və final matçı Bakı vaxtı ilə 19:00-da start götürəcək.


Qrup mərhələsinin oyunları da fərqli saatlarda olacaq. Belə ki, iyunun 16-da keçriləcək qrup mərhələsinin oyunlarının ən tezi saat 14:00-da,  ən geci isə 23:00-da başlayacaq. Qrupun digər görüşləri isə 16:00-22:00 aralığında baş tutacaq. Pley-off və 1/4 final mərhələsinin oyunları isə saat 17:00 və 20:00-da keçiriləcək. 


Qeyd edək ki, yarımfinal oyunları 22:00, 3-cü yer uğrunda matç isə 18:00-da start götürəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dc-2018-in-balama-saatlar-acqland-t45911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR