YUĞ Teatrında "13" adlı tamaşanın premyerası olub

YUĞ Teatrında "13" adlı tamaşanın premyerası olub
10:22 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşanın premyerası olub.
"Report" xəbər verir ki, dekabrın 3-də mərhum dramaturq Rövşən Ağayevin "13" adlı əsəri əsasında hazırlanan tamaşa nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənovdur. Rolları YUĞ Teatrının iki aktyoru Oqtay Mehdiyev və Könül Cəfərzadə ifa edib. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, səhnə tərtibatı Umay Minnura, rəqslərin quruluşu Lalə Hacıyeva aiddir.
Tamaşananın premyerasından sonra yaradıcı heyətlə müzakirə keçirilib. 





Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/yug-teatrinda-13-adli-tamasanin-premyerasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR