Kəskin hava ölkədə fəsadlara səbəb oldu (VİDEO)

Kəskin hava ölkədə fəsadlara səbəb oldu (VİDEO)
10:31 4 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Kəskin hava şəraiti paytaxtda və bölgələrdə ciddi fəsadlar yaradıb.

ANS TV-nin məlumatına görə, paytaxtda axşam saatlarından şiddətli küləyin müşayiəti ilə başlayan yağış tez bir zamanda öz gücünü göstərib. Bakının bir çox yerlərində Ziya Bünyadov prospektindəki Dərnəgül körpüsü adlanan ərazidə heç də kiçik olmayan göl əmələ gəlib. Dərnəgüldəki dərin gölün yaranma səbəbləri isə uzun araşdırma tələb etmir. Kanalizasiya sisteminin bərbad olması avtomobillərin hər iki istiqamətdə gediş -gəlişinin iflic vəziyyətə salıb. Yolda ilişib qalan avtomobillərin bir çoxu evakuator vasitəsi ilə, sərnişinlər isə öz gücü ilə hadisə yerindən uzaqlaşmağa cəhd edirlər.

Paytaxtın digər istiqamətində, Bakıxanov qəsəbəsində külək ağacları kökündən çıxarıb. Yaşayış binasının qarşısında aşan iri gövdəli ağaclar insanlara xətər yetirməsə də, elektrik xətlərini zədələyib, 3 avtomobili əzib.

Ölkənin Şimal bölgəsinə yağan qar isə bir sıra kənd yollarının bağlanmasına səbəb olub. Bölgələrdə avtomobillər yollarda qalıb, qarın hündürlüyü isə 60 sm-i keçib.

Lənkəranda isə güclü küləklə yağan yağış nəticəsində yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Ağaclar yola aşıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Transformatorlarda qəzalar baş verib.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR