Özbəkistan Senatı Amnistiya haqqında qanunu təsdiq edib

Özbəkistan Senatı Amnistiya haqqında qanunu təsdiq edib
10:43 4 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 4 dekabr, AZƏRTAC 
Özbəkistan Ali Məclisinin Senatı plenar iclasda Amnistiya haqqında qanun və 2016-cı il üçün ölkənin dövlət büdcəsini təsdiq edib.
Özbəkistan Konstitusiyasının 23-cü ildönümü münasibətilə qəbul edilən Amnistiya haqqında qanun cinayət törədərkən 18 yaşı tamam olmayan qadınlara, 60 yaşından yuxarı kişilərə, xarici ölkələrin vətəndaşlarına, ehtiyatsızlıq üzündən cinayət törədən və birinci dəfə cinayət edən şəxslərə aid edilir.
Senat gələn il üçün Özbəkistanın dövlət büdcəsini də qəbul edib.
Bu haqda Özbəkistan Baş nazirinin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov məlumat verib.
Təsdiq edilən qanuna görə, 1 faiz defisitlə (2,2 trilyon sum) büdcənin gəlir hissəsi 40,5 trilyon, xərclər hissəsi isə 42,7 trilyon sum təşkil edəcək (1 dollar-2750,43 sum).
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistan_Senati_Amnistiya_haqqinda_qanunu_tesdiq_edib-908129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR