"Buna qadağa qoymuşam" - Rövşanə

"Buna qadağa qoymuşam" -  Rövşanə
10:56 4 Dekabr 2015
64 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Rövşanə Ağasəfqızı fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aparıcı “Yoldaş Rövşanə” verilişindən bəhs edib:

“Əsəbdən uzaq bir verilişdir. Ruhum dincəlir. Ev şəraitində, çay süfrəsi arxasında insan daha rahat olur. Başqa verilişlərdə daha aqresiv görünür və çox danışırdım".

R.Ağasəfqızı sosial şəbəkələrdən də şikayətlənib:

“Sosial şəbəkədə şəxsi fotolarımı yayımlayıram. Kiminsə mənim “Facebook”umdan şəkil götürüb xəbər etməsini xoşlamıram. Buna qadağa qoymuşam. Ən azından mənə zəng vurub icazə alınmalıdır”.

Aparıcı həmkarı Xoşqədəm Hidayətqızı ilə küsülü olmaları xəbərlərinə də münasibət bildirib:

“Biz eyni kanalın işçisiyik. Küsülü olmamışıq. Bir verilişdə aramızda söz-söhbət yaranmışdı. O da keçib getdi”.

Foto: Ramin ASLANOV





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR